Şirkət haqqında
Şirkətlər Qrupumuza yeni daxil olmuş Best Catering Şirkəti müştərilərinə fərdi yanaşma nümayiş etdirərək premium xidmət göstərməkdədir. İllərdir Best Cleaning Group adı altında təmizlik, kafeteriya və keytring xidməti göstərən Qrupumuz, artıq keytring fəaliyyətini Best Catering adı altında davam etdirəcəkdir.
Yarandığımız gündən etibarən qazandığımız yüksək etimad və inam bizə Azərbaycanın ən nüfuzlu şirkətləri ilə biznes əməkdaşlığımızı uğurlu şəkildə davam etdirməyə zəmin yaratmışdır. Best Catering olaraq ən ümdə amalımız müştərilərimizi gigiyenik, sağlam qidalarla təmin edib, onlara keyfiyyətli xidmətlər göstərməkdir.
Best Catering adı iaşə sektorunda yeni olmasına baxmayaraq yüksək keyfiyyətli xidmət, peşəkarlıq, ciddi nəzarət edilmiş qida məhsulları öz növbəsində bizi nüfuzlu və inamlı iaşə xidməti göstərən şirkət olaraq təsdiqləmişdir. Best Catering istər istehsalatda (zavod, fabrik, mədən və s.), istərsə də ofis binalarında fəaliyyət göstərən şirkətlərə yüksək səviyyəli keytring xidməti həyata keçirir. İşimizə hər zaman məsuliyyətli, ciddi yanaşaraq xidmətlərimizin yüksək səviyyədə olması üçün çalışmışıq və bu gün müştərilərimizin məmnunluğu, bizə ünvanladığı xoş sözlər bunun əyani sübutudur. Təbii ki buna təcrübəli və gülərüz komanda, hər bir müştəriyə individual yanaşmamız və yeməklərimizin ləziz dadı sayəsində nail olmuşuq.
Hər bir müştəri müraciəti mütəxəssislərimiz tərəfindən yerində araşdırılaraq onlara uyğun keytring sifarişi hazırlanır və müştərilərimiz nəfis və keyfiyyətli yeməklərlə təmin edilir. Müştərilərimizin sifariş etdiyi bütün məhsullar xüsusi sterilizə olunmuş qablarda və termobokslarda şirkət tərəfindən istənilən ünvana çatdırılır. Daşınmada istifadə olunan avtomobillər sanitariya pasportları ilə təmin olunmuş və gigenik normalara tam uyğunlaşdırılmışdır.
Təqdim etdiyimiz xidmətlər:
Korporativ tədbirlər
Aylıq göstərilən keytring xidmətləri
Səyyar keytring xidmətləri
Bufet xidmətləri
Banketlər
Coffee break
Best Catering yeməklərin hazırlanmasında ölkəmizin aparıcı ərzaq və qida məhsulları
tədarükçüsü olan təşkilatlarla sıx əməkdaşlıq edir. Anbarımıza daxil olan bütün ərzaq və qeyri-
ərzaq məhsulları gigiyenik və uyğunluq sertifikatları ilə qəbul olunaraq standartlara uyğun quru
anbar və xüsusi soyuducu kameralarda saxlanılır. Yeməklərin hazırlanması zamanı istifadə
olunan bütün mətbəx avadanlıqları və dəzgahlar tam sterilizə olunur.Yuxarıda qeyd etdiklərimizi
Sizə bəyan etməklə bildirmək istərdik ki,
Gülərüz komanda və ləziz təamlarımızla daim xidmətinizdəyik!